Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırdı

28.09.2020 17:37

"Dağlıq Qarabağla bağlı vəziyyət son dərəcə təhlükəlidir, genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək ehtimalı yüksəkdir”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Bütün qlobal məsul qüvvələri bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoymağın və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmağın qeyd-şərtsiz prioritet xəttini dəstəkləyirik”, - o bildirib.

V.Matviyenko Rusiyanın parlament yolu ilə də daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb./report

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR