Yaponiyada güclü zəlzələ olub

27.09.2020 10:54

Sentyabrın 27-də Yaponiyanın Şizuoka prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 13:13 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri prefekturanın Seybu rayonunda, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Yeraltı təkanlar, həmçinin qonşuluqda yerləşən Naqano, Aiçi, Yamanaşi və Qifu prefekturalarında da hiss edilib.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR