Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İran karantin rejimini sərtləşdirməyə hazırlaşır

26.09.2020 16:27

Son sutka ərzində İranda 3 min 204 nəfər koronavirusa yoluxub, 172 nəfər isə həyatını itirib.

Bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 443 min 86, yoluxaraq ölənlərin sayı isə 25 min 394-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 41 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 372 min 51 nəfər isə sağalaraq evə buraxılıb.

İranın 31 vilayətindən 29-u qırmızı zonaya daxildir.

Hökumət karantin rejimini yenidən sərtləşdirmək üçün tədbirlər planı hazırlayır./AZƏRTAC 

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR