Sentyabrın 29-da bütün Almaniyada tətil gözlənilir

26.09.2020 16:21

Sentyabrın 29-da AFR-də 87 min ictimai nəqliyyat işçisi tətil keçirəcək.

Nəqliyyat işçilərinin "Verdi” həmkarlar ittifaqı bu barədə sentyabrın 26-da xəbərdarlıq edib. Həmin gün bütün ölkədə yerdəyişmələrdə ləngimələr, hətta nəqliyyat kollapsı baş verməsi labüd olacaq.

İşçilərin əmək haqlarının artırılması barədə həmkarlar ittifaqı ilə federal hökumət arasında danışıqların nəticəsiz olması tətil haqda qərar qəbul edilməsinə səbəb olub. "Verdi” gələn il ərzində işçilərin əmək haqlarının 4,8 faiz, yəni orta hesabla təqribən 150 avroya qədər artırılmasını tələb edir.

Mübahisənin üçüncü mərhələsi oktyabrın 22-23-nə təyin edilib. Bu ərəfədə tətil keçirilməsi hökumətə təzyiq vasitələrindən biri olacaq./AZƏRTAC

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR