İranda təyyarə qəzası baş verib

25.09.2020 19:22

İranın Əlborz vilayətinin Nəzərəbad bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.

Təyyarə təlim üçün havaya qaldıqdan az sonra qəzaya uğrayıb. Nəticədə 2 nəfər ağır yaralanıb. Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.

İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR