Kaliforniyada 2035-ci ildən benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək

25.09.2020 13:58

ABŞ-ın Kaliforniya ştatında 2035-ci ildən etibarən benzinlə işləyən yeni minik avtomobillərinin satışı qadağan ediləcək.

Bu barədə "İzvestiya” məlumat yayıb.

Dövlət orqanları məhz bu vasitə ilə atmosferə atılan zərərli tullantılarla mübarizə aparmaq niyyətindədirlər.

2045-ci ilə qədər isə qadağa yük maşınlarına da şamil ediləcək.

Bununla belə, Kaliforniya sakinlərinin daxili yanma mühərriki ilə işləyən avtomobilləri almasına və satmasına qadağa qoyulmayacaq./oxu.az

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR