İldırım vurması nəticəsində bir ailənin altı üzvü həlak oldu

18.09.2020 15:36

Kambocanın Battambanq şəhərində yaşayış evinə ildırım düşməsi nəticəsində bir ailənin altı üzvü həlak olub, daha dörd nəfər ağır yaralanıb.

Bu barədə yerli "Khmer Times” nəşri məlumat yayıb.

Faciə gecə saatlarına təsadüf edib.

Qeyd edək ki, hazırda Kambocada və qonşu Cənub-Şərqi Asiya ölkələrində yağış mövsümü olduğundan oxşar hadisələr tez-tez baş verir.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR