Həsən Ruhani: "Tankerlərin saxlanılması yalandır"

15.08.2020 15:15

İran Prezidenti Həsən Ruhani BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasını "Vaşinqtonun rüsvayçı məğlubiyyyəti” olaraq dəyərləndirib.

"Al-Manar” xəbər verir ki, Milli Koronavirusla Mübarizə və Qabaqlaması Qərargahlarının sessiyasında nitq söyləyən dövlət başçısı bunu ABŞ-ın beynəlxalq təcridə məruz qalacağının əlaməti olaraq qiymətləndirib.

Bununla yanaşı, dörd tankerlərinin ABŞ tərəfindən ələ keçirilməsinə dair xəbərlərinin yalan olduğunu dilə gətirən İran prezidenti bunun da həmin "rüsvayçı məğlubiyyəti ört-basdır etmək məqsədilə” uydurulduğunu, əslində həmin gəmilərin İrana aidiyyatlı olmadığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsinə 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə verilməklə qəbul olunmayıb.

Ötən gün ABŞ hökuməti Venesuelaya yanacaq daşıyan dörd İran tankerini saxlayaraq yüklərini müsadirə etdiklərini açıqlamışdı./Report

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR