Rusiyanın Baş naziri: “Sovet romantikasına qayıtmaq zəruridir”

15.08.2020 13:56

Kamçatkada həyatın keyfiyyəti yaxşılaşdırılmalıdır ki, müasir gənclər ötən əsrdə olduğu kimi indi də sovet romantikasını hiss edə bilsinlər.

Bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin Kamçatka diyarının ictimaiyyət nümayəndələri ilə görüş zamanı deyib.

Onun sözlərinə görə, Kamçatkaya gənclərin axını azalıb. "1970-ci illərdə bölgədə 400 mindən çox insan yaşayırdı, onlardan 30%-i gənclər idi. Hal-hazırda yarımadada 30 yaşına çatmayan 60 minə yaxın rus var və bu rəqəm sovet dövründə olduğundan 10% azdır”,– deyə Mişustin əlavə edib.

Baş nazir hesab edir ki, insanların bölgəyə baş çəkmək istəməməsi yalnız yarımadadakı maddi vəziyyətlə deyil, həm də həyatın keyfiyyəti ilə bağlıdır.

O qeyd edib ki, dövlət Uzaq Şərq və Kamçatkanın unikal təbiətini görmək məqsədilə insanların bura gəlməsi üçün nə etməli olduğu barədə ciddi düşünməlidir.

"Və həmin romantika, hansı ki, bir vaxtlar babalarımız, nənələrimiz, atalarımız o romantika ilə gəliblər və bu gözəl diyarı qurublar, mütləq bizim uşaqlarımızın və gənclərin qəlbinə qayıtmalıdır. Biz onları Kamçatkada gözləyirik”, – hökumət başçısı əlavə edib./Teleqraf.com

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR