Ukraynada koronavirusa yoluxma sayında görünməmiş rekord

14.08.2020 18:21

Ukraynada son bir neçə gün ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 1732 nəfər olub ki, bu da pandemiyanın başlanmasından bəri ölkədə antirekorddur.

Ukrayna KİV-ləri xəbər verir ki, ölkədə laboratoriya şəraitində təsdiq edilmiş yoluxma faktlarının ümumi sayı 87 min 872 nəfərə çatıb. İndiyədək Ukraynada COVID-19 ilə əlaqədar 2011 ölüm hadisəsi qeydə alınıb. 46 min 797 nəfər sağalıb, aktiv xəstələrin sayı 39 min 64 nəfərdir.

Yoluxanların ən çoxu Xarkov, Lvov, Çernivtsi və Odessa vilayətlərində olub.

Qeyd edək ki, son üç gün ərzində Ukraynada koronavirus xəstələrinin əhəmiyyətli dərəcədə artımı müşahidə olunur. Çərşənbə günü 1433, cümə axşamı 1592, bu gün isə 1732 yoluxma faktı qeydə alınıb./AZƏRTAC

© xezerxeber.az

FOTOQALERIYA






334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR