Paşinyan BBC-yə müsahibəsində ilin yalanını dedi: “Ölkəmiz iqtisadi baxımdan "ilin ölkəsi" kimi tanınır”

14.08.2020 14:20

Ermənistan koronavirus pandemiyasını dəf etdikdən sonra iqtisadi cəhətdən fəal şəkildə inkişaf etməyə davam edəcək.

Bu sözləri Baş nazir Nikol Paşinyan BBC telekanalında yayımlanan Hardtalk proqramına müsahibəsində deyib.

O, aparıcının inqilabdan sonra Ermənistanda bir çoxunun gözlədiklərinin gerçəkləşmədiyi ilə bağlı fikirləri ilə razılaşmayıb.

"Bütün Ermənistan vətəndaşları demokratik bir ölkədə yaşadıqlarını görürlər. 2019-cu ildə Avropada ən yüksək iqtisadi artımımız oldu. Çox böyük iqtisadi uğur qazandıq, ölkəmiz demokratiya, söz azadlığı və müstəqillik ilə əlaqəli bütün beynəlxalq reytinqlərdə böyük irəliləyişlər əldə etdi” deyib Paşinyan.

Onun sözlərinə görə, iki ildir beynəlxalq nəşrlər Ermənistanı həm demokratiya, həm də iqtisadi baxımdan "ilin ölkəsi” kimi tanıyır.

Baş nazir koronavirus xəstəliyinin inkişafa mane olduğunu etiraf edib, lakin hakimiyyət bu sahəyə yönəlmiş addımları atmağa davam edəcək.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR