BBC-nin aparıcısı Paşinyanı pis duruma saldı - Xocalıya görə

14.08.2020 12:57

Ermənistan Baş naziri Nikol Paşinyan BBC-nin "Hard Talk” proqramına müsahibə verib.

Müsahibə zamanı proqramın aparıcısı Stiven Sakur Paşinyana çətin anlar yaşadıb. Belə ki, veriliş zamanı Paşinyan "Qarabağ Ermənistandır nöqtə” açıqlamasına aydınlıq gətirməyə çalışıb:

"Niyə mən Dağlıq Qarabağın Ermənistan olduğunu dedim? Birincisi, Dağlıq Qarabağda bir neçə min ildir köklü erməni xalqı məskunlaşıb və yeri gəlmişkən bir neçə min ildir ad Artsaxdır”, – deyə o bildirib.

Paşinyan bu sözləri deyən zaman "millətçi mövqeyindən çıxış etmədiyini” deyib.

Bunun ardınca Qarabağda ermənilərin törətdiyi hərbi cinayətlərə görə Paşinyanın üzr istəyib-istəməyəcəyini soruşan Sakur bu sualına Nikoldan konkret cavab ala bilməyib. Sualın qarşılığında Paşinyan yenə əvvəlki kimi Xocalı soyqırımında sərsəmcəsinə Azərbaycanı ittiham etməyə başlayıb./Axar.az

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR