Fransa yenidən karantin elan edir - Paris qırmızı bölgə oldu

14.08.2020 14:16

Fransa koronavirusun yenidən artan səviyyədə yayılmasına görə paytaxt Paris və Marsel şəhərinin yerləşdiyi Boçes-du-Rone bölgəsini qırmızı bölgə elan edib.

Qərar yerli idarəetmələrə insan və avtomobil dövriyyəsinə, ictimai və hava nəqliyyatına məhduiyyət tətbiq etmə, dövlət binaları və infeksiyanın yoluxma riskinin yüksək olduğu mağazaları bağlama səlahiyyəti verir.

Fransada bölgələrin hansı kateqoriyada yer alacağı virusun bölgə daxilindəki yayılma sürəti, xəstəxanaların dolululuq səviyyəsi və səhiyyə qurumlarının test keçirmə potensialı kimi kriteriyalar vasitəsilə dəyərləndirilir./Publika.az

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR