Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Qazaxıstan bu ölkələrə uçuşları bərpa edir

13.08.2020 09:47

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrə beynəlxalq uçuşları bərpa edir. Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi bildirib ki, BƏƏ, Belarus, Almaniya, Hollandiya, Misir, Ukrayna və Rusiya Federasiyasına mərhələli şəkildə beynəlxalq uçuşlar həyata keçiriləcək.

Müvafiq qərar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib. Müvafiq qərar avqustun 11-də Ümumdünya Səhiyyə Təşkilatının xəritəsinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.

Xatırladaq ki, yeni koronavirusun yayılması ilə əlaqədar cari il martın 16-dan mayın 11-dək ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılıb, may ayının 25-dən daxili uçuşlar bərpa edilib.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR