Türkiyədə əktəblərlə bağlı qərar verildi

13.08.2020 09:34

Türkiyədə 2020-2021-ci tədris ili yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən distansiyon üsulla başlanacaq. Distansiyon üsulla tədris prosesinə avqustun 31-də start veriləcək.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin tövsiyəsi əsasında qərar qəbul olunub.

Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq məlumatında bildirib ki, normal tədris prosesinin sentyabrın 21-də başlanması planlaşdırılır. Koronavirusla bağlı ölkədəki vəziyyət və bunun məktəblərə təsiri sentyabrda yenidən dəyərləndiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına gündəlik aşkarlanan yoluxma sayı 1200 nəfərə yaxındır./Axar.az

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR