Ukraynada koronavirusun ikinci dalğası gözlənilir

12.08.2020 18:07

Payızın sonunda Ukraynada koronavirusun ikinci dalğası gözlənilir. Oktyabr və ya noyabr aylarında xəstələrin sayının xeyli artacağı ehtimal olunur.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, , Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu fikirləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Ukraynada COVID-19-un ikinci dalğası üçün təxminən 10 min pasiyent qəbul edə biləcək xəstəxanalar hazırlanıb.

Nazir qeyd edib ki, bütün xəstəxanalarda təchizat işlərini maksimum sürətlə yekunlaşdırmağa çalışırlar. Ölkədə mərkəzləşdirilmiş şəkildə oksigenlə təchiz olunan çarpayıların sayı artırılıb.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR