Siyahı yeniləndi: bu ölkələrə səyahətə icazə verilir

08.08.2020 16:35

Yeni tip koronavirus pandemiyası səbəbilə mart ayında sərhədlərini bağlayan Avropa İttifaqı ölkələri səyahət məhdudiyyətlərini ləğv etdiyi ölkələr siyahısına dəyişikliklər edib.

Avropa İttifaqı Şurası siyahıdan Mərakeşi çıxarıb, daha 10 ölkəni isə əlavə edib.

Bu ölkələr Avstraliya, Kanada, Yaponiya, Gürcüstan, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvaydır.

Bundan başqa, Avropa İttifaqı ölkələri vətəndaşlarına səyahət icazəsi veriləcəyi təqdirdə, Çinə səfər etməmək məhdudiyyəti qoyulmayacaq.

Türkiyə, ABŞ, Rusiya, Braziliya, Hindistan, Serbiya və Monteneqroya isə səyahət məhdudiyyətləri qüvvədə qalacaq.

Sözügedən siyahıya COVID-19 pandemiyasının vəziyyətinə və yoluxma sayına görə yenidən baxılacaq. Son olaraq 30 iyulda yenilənən siyahı üzv ölkələr üçün tövsiyə xarakteri daşıyır./Publika.az

© xezerxeber.az


444 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR