Partlayıcı maddələr Əsədə göndəriləcəkdi? – Livandan şok açıqlama

08.08.2020 12:47

"Bu partlayıcı maddələrin haradan gətirildiyini, nə olduğunu bilməliyik. Bəlkə Suriyada silahsız xalqı bombalamaq üçün cinayətkar Əsəd rejiminə göndərilirdi?”

Bunu Livan Fətva İdarəsinin rəhbəri Şeyx Emin əl-Kürdi Beyrut limanında baş verən partlayış haqda danışarkən deyib.

"Bəlkə bu maddələrlə bağlı anlaşmalar var? Niyə bu boyda fəlakətə yol aça biləcək maddələr insanların arasında saxlanılırdı?”, - şeyx bildirib.

O, partlayışdan Livan prezidenti, baş naziri, parlament sədri və millət vəkillərinin məsuliyyət daşıdığını diqqətə çatdırıb: "Polis haradadır? Livan ordusu haradadır? Təəssüf ki, bəzi rəsmilər insalarımızı təhlükənin içinə atdılar”./Teleqraf.com

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR