Lukaşenkodan GÖZLƏNİLMƏZ ETİRAF: koronavirusu bilərək...

08.08.2020 12:43

"Koronavirusu mənə bilərək yoluxdurdular”.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən prezident xəstələndiyindən xəbərsiz olduğunu, hətta yoluxmağı ağlının ucundan belə keçirmədiyini dilə gətirib.

Ölkəsinin heç vaxt koronavirusun mövcudluğunu rədd etmədiyini və lap əvvəldən pandemiyaya "böyük diqqətlə” yanaşdıqlarını bildirən Lukaşenko koronavirusla mübarizəyə istintaq tərzində baxdığını deyib: "Burada istintaq hakimlərinin yerini həkimlər tutdu”.

Qeyd edək ki, Belarus lideri iyul ayında koronavirusa yoluxmuş və xəstəliyi simptomsuz keçirmişdi.

Xatırladaq ki, pandemiya ərzində Belarusda sərt karantin qaydaları tətbiq olunmamışdı. Bütün sosial və iqtisadi sahələr öz fəaliyyətlərini əvvəlki axarında davam etdirirdi./Publika.az

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR