Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Beyruta azot gətirən gəmi barədə məlumat yayıldı

08.08.2020 12:10

Moldovanın "Rhosus” şirkətinin Beyrutda ammoniumu müsadirə edilən gəmisi 2018-ci ildə Livan paytaxtınının limanında batıb.

"The New York Times” gəmilərin hərəkətinin peykdən izlənilməsi görüntülərinə əsasən belə məlumat yayıb.

Bildirilib ki, Moldova bayrağı altında üzən gəmi Batumidən 2,75 min ton ammonium nitratı Mozambikə daşıyırmış. Selitrin Gürcüstanın Rustavi şəhərindəki "Azot” zavodunda istehsal edildiyi ehtimal olunur.

2013-cü ilin oktyabrında "Rhosus”un gəmisi istismar qaydalarını pozduğu üçün Beyrutda limanda həbs edilib.

Məlumata görə, gəmi Beyruta plandankənar daxil olub. 2015-ci ildə gəmidə yük olmayıb, 2018-ci ildə limanın şimalında batıb.

Qeyd edək ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında partlayış olub. Hadisə nəticəsində 157 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb./report

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR