Çində daha bir təhlükəli epidemiya yayılır

08.08.2020 09:48

Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib.

Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.

Avqustun 6-da Daxili Monqolustan administrasiyası Baotou şəhərində bir insanın bağırsaq taunu formasından ölümü haqqında məlumat verib. Xəstəliyin yayılmasının qarşısını almaq üçün həkimlər vəbaya yoluxmuş şəxslə əlaqədə olmuş onlarla sakini təcrid ediblər.

Qeyd edək ki, epidemiologiyaya nəzarət orqanları vaxtaşırı Çin Xalq Respublikasının şimalında, həmçinin qonşu Monqolustanda çöl zonasında taun xəstəliyinə yoluxma hallarını qeydə alır.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR