Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI

07.08.2020 15:46

COVİD-19 peyvəndinin istehsalı üçün tələsməmək şərtdir.

Bu sözləri israilli professor Yakob Berkun deyib.

İsraildəki Hadassah Tibb Mərkəzinin şöbə müdiri COVİD-19 peyvəndini kütləcvi tətbiq etməzdən əvvəl effektivliyi və etibarlılığına əmin olmaq üçün sınaqların üçüncü mərhələsində fərqli qruplardan minlərlə insanın iştirakını vacib hesab edir.

"Bunlar xərçəng xəstələrinə verdiyimiz sınaq dərmanlar deyil. Peyvənd sağlam insanlara inyeksiya olunduğu üçün risk altına girməmək lazımdır. Peyvəndin uğursuzluğu anti-peyvənd hərəkatını daha da qüvvətləndirə bilər”, - professor qeyd edib.

Qeyd edək ki, Rusiya Birbaşa Sərmayə Fondunun prezidenti Kirill Dmitriyev 3 avqustdakı açıqlamasında COVİD-19 peyvəndinin 10 gün ərzində lisenziyalaşdırılacağını demişdi./Publika.az

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR