Rusiya Beyruta 5 təyyarə göndərir - Nazirlik məlumat yaydı

05.08.2020 17:13

Rusiya Fövqəladə Hallar Nazirliyi Livana 5 təyyarədə yardım göndərəcək.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təyyarələrdə bir gün əvvəl güclü partlayışın baş verdiyi Beyruta mobil hospital, həkimlər və xilasedicilər, "Sentrospas” xilasedici dəstəsi, həmçinin, COVID-19-un aşkarlanması üçün laboratoriya ilə birgə "Rospotrebnadzor” mütəxəssislər çatdırılacaq.

Qeyd edək ki, dünən Beyrutda baş verən partlayış ən azı 100 nəfərin ölümünə səbəb olub.
Fransanın da Beyruta həkimlər və tibbi avadanlıqlar göndərdiyi bildirilir.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR