Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

05.08.2020 15:48

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

"İnterfaks"ın verdiyi məlumata görə, yeni yoluxma hallarından 1-i xaricdən gələn vətəndaşlarda, 22-si isə ölkə daxilində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 24 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 491 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR