Rusiyada daha bir infeksiya bəlası - Yaşayış məntəqələri karantinə alındı

03.08.2020 16:01

Rusiyanın Çelyabinsk vilayətində "quş qripi" infeksiyası aşkar edilib.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, infeksiya ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrində karantin tətbiq edilib.

Qeyd olunur ki, mütəxəssislər 1 vəhşi ördək və 4 ev qazında H5N8 virusunun aşkar olunduğunu təsdiq edib.

Hazırda bununla əlaqədar olaraq yaşayış məntəqələrində quşların uçotu aparılır.

© xezerxeber.az


388 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR