ABŞ Əfqanıstandakı beş hərbi bazasını bağlayıb

14.07.2020 20:37

ABŞ "Taliban” hərəkatı və Vaşinqton arasında imzalanan sülh sazişi çərçivəsində Əfqanıstan ərazisindəki beş hərbi bazasını bağlayıb.

Xezerxeber.az TOLOnews telekanalına istinadla xəbər verir ki, bağlanan hərbi bazalar Hilmənd, Uruzqan, Paktika və Laqman əyalətlərində yerləşir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və "Taliban” hərəkatı arasında imzalanmış sülh sazişinə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. "Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad olunmalıdır. Son vaxtlar hökumət və "Taliban” hərəkatı bu istiqamətdə müəyyən addımlar atıb.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR