İranla Türkiyə arasında yeni dəmir yolu xətti inşa ediləcək

14.07.2020 17:48

İranın "Araz” Azad Ticarət Zonasının fəaliyyət göstərdiyi Culfa şəhərindən Türkiyənin Dilucu bölgəsindəki Sürayyə Çeşməsi məntəqəsinə dəmir yolu xətti çəkiləcək.

Bu sözləri "Araz” Azad Ticarət Zonasının baş direktoru Möhsün Nərmano deyib. O bildirib ki, 208 kilometrlik yolu İran Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi birlikdə inşa edəcəklər. Dəmir yolu Maku Azad Ticarət Zonasından da keçəcək.

Baş direktorun sözlərinə görə, gələcəkdə bu yolla İran Türkiyə üzərindən Avropaya ildə 6-10 ton yük daşıyacaq.

Qeyd edək ki, "Araz” Azad Ticarət Zonası İranın Şərqi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə sərhədində yerləşir və 51 min hektar ərazini əhatə edir. Bu zonaya Türkiyə, Almaniya, İtaliya ilə yanaşı, Azərbaycanın iş adamları da sərmayə yatırıblar. (AZƏRTAC)

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR