Kreml Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatdır

14.07.2020 15:41

Biz Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalarla bağlı çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə riayət etməyə çağırırıq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Biz bu barədə artıq müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya Minsk qrupunun həmsədri olaraq, münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərməyə hazırdır. Siz bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və Yerevandan olan həmkarları ilə müntəzəm telefon əlaqələri olub. Buna görə bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq”, - deyə D.Peskov əlavə edib.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR