Andjey Duda yenidən Polşaya rəhbərlik edə bilər - “Exit-poll”

13.07.2020 11:55

Polşada keçirilən Prezident seçkilərinin ikinci turunda aparılmış sorğuların nəticələrinə görə, namizəd Andjey Duda rəqibi Rafal Tşaskovskini üstələyir.

Seçki nəticələri iyulun 13-də axşama doğru açıqlanacaq, lakin müşahidəçilər və aparılan sorğular hazırki Prezident, mühafizəkar Andjey Dudanın qələbəsinə inam yaradır. Lakin iki namizəd arasında səs fərqi azdır.

İpsos institutunun apardığı sorğuya əsasən, Andjey Duda seçicilərin səslərinin 50,8 faizini, Rafal Tşaskovski isə 49,2 faizini toplayıb. Rəsmi nəticələr isə bu gün axşama doğru məlum olacaq.

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR