Kilsəyə hücum: beş nəfər həlak olub, insanlar girov götürülüb

11.07.2020 17:32

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindən qərbdə silahlı şəxslərin kilsəyə hücumu nəticəsində az beş nəfər həlak olub və insanlar girov götürülüb.

Polisin məlumatına əsasən, insident Zuurbekom şəhərində yerləşən beynəlxalq əllilər kilsəsində baş verib. Kilsədə insanları girov götürən silahlıların atəş açması nəticəsində beş nəfərin öldüyü təsdiqlənib.

Hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən 30 nəfəri saxlayıb və 25-dən çox odlu silahı müsadirə edib. Eyni zamanda, girov götürülənlərin azad edilməsi üçün hücum edən şəxslərlə danışıqlar aparıldığı bildirilir.

Girovların sayı barədə dəqiq məlumat verilməsə də, kilsənin nümayəndəsi Abiel Vessi hücum zamanı binada 200-ə yaxın insanın olduğunu deyib..

© xezerxeber.az


490 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR