Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğu iddia edilir

10.07.2020 19:20

Yaponiyanın Müdafiə naziri Taro Kono ilə ABŞ dövlət katibinin müavini Stiven Biqun arasında əldə edilən razılaşmaya görə, Şimali Koreya tərəfindən keçirilən bütün raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

Bu barədə razılaşma Yaponiya və ABŞ rəsmilərinin iyulun 10-da Tokioda keçirilən görüşü zamanı əldə edilib.

T.Kono bildirib ki, Şimali Koreya tərəfindən yaxın məsafəli raketlərin sınağının keçirilməsi də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması deməkdir. Nazirin fikrinə görə, beynəlxalq ictimaiyyət birlikdə Şimali Koreyanın bu addımlarına etirazını bildirməlidir.

Tərəflər arasında əldə olunan razılaşmaya görə, Pxenyan bütün diapazonlarda həmin qətnamələrin icrasına əməl etməlidir.

Həmin gün Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi ilə görüşən S.Biqun Koreya yarımadasındakı vəziyyəti də müzakirə edib. Tərəflər Yaponiya-ABŞ hərbi ittifaqının möhkəmlənməsi və inkişafı barədə razılığa gəliblər.

Xüsusi nümayəndə ABŞ-da Yaponiyanın Baş naziri Şinzo Abenin avqustun sonlarında bu ölkəyə səfərini gözlədiklərini də bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR