Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Polis Seul şəhəri merinin ölüm xəbərini təkzib edib

09.07.2020 17:54

Cənubi Koreya polisi bir qədər əvvəl itkin düşən Seul şəhərinin meri Pak Von-sunun ölü tapıldığına dair xəbəri təkzib edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Seul polisi açıqlama yayıb. "Seul polisinin cəsədi tapdığı barədə xəbər səhvdir”, - deyə məlumatda bildirilir.

Yonhap agentliyi isə öz növbəsində məmurun axtarışının davam etdiyini yazır.

Qeyd edək ki, bir qədər əvvəl merin qızı polisə zəng vuraraq atasının 4-5 saat öncə vəsiyyətə bənzər məktub qoyaraq evdən çıxdığını bildirib.

Hüquq-mühafizə orqanlarının və meriyanın məlumatına əsasən, Pak Von-sun yerli vaxtla 10:44-də iqamətgahını tərk edib. Həmin vaxt tünd paltar geyinən məmurun əlində qara çata olub. Merin telefonunun siqnalı sonuncu dəfə paytaxtın şimalında yerləşən Sombuk rayonundakı Hilsansa məbədi yaxınlığında qeydə alınıb.

Axtarış əməliyyatına 200-dən çox polis, pilotsuz uçuş aparatları və xidməti itlər cəlb edilib.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR