Çeçenistanda toyların keçirilməsinə icazə verilib

08.07.2020 14:23

Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv olunub.

Bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Vkontakte” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

"Müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsi üçün sosial məsafə tədbirləri qorunub saxlanılmaqla, mərasim zallarının açılması barədə qərar qəbul etdim”, - deyə Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan edilib. (APA)

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR