Braziliya jurnalistləri Prezident Jair Bolsonarunu məhkəməyə verir

08.07.2020 14:19

Braziliya Mətbuat Assosiasiyası COVID-19 testinin nəticələrinin pozitiv olduğunu mətbuat konfransında elan edərək jurnalistləri yoluxma riskinə məruz qoyduğu üçün Prezident Jair Bolsonarunu məhkəməyə verməyə hazırlaşır.

Xezerxeber.az Braziliya KİV-lərinə istinadən xəbər verir ki, assosiasiyanın rəhbəri Paulu Jeronimu de Souza prezidentin jurnalistləri mətbuat konfransına dəvət edərək izolyasiya rejimi barədə həkimlərin tövsiyələrini pozduğunu deyir. Onun sözlərinə görə, Jair Bolsonaru yoluxduğunu bildiyi halda digər insanların həyatını da təhlükəyə məruz qoyub.

Mətbuat işçiləri dövlət başçısını Cinayət məcəlləsinin iki maddəsini pozmaqda ittiham edirlər. Onlardan biri - infeksiya xəstəliklərini yaymaq dörd ilə qədər azadlıqdan məhrum etmə və cərimə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, iyulun 7-də Braziliya Prezidenti Jair Bolsonaru öz iqamətgahında keçirdiyi mətbuat konfransında koronavirusa yoluxduğunu elan edib. Dövlət başçısı qoruyucu maska taxsa da, tədbirdə iştirak edən jurnalistlər sosial məsafə saxlamayıb və mikrofonları prezidentə yaxın tutub.

Koronavirus təhlükəsinin şişirdildiyini iddia edən, onu "adi qrip” adlandıran Jair Bolsonaru maskadan və əlcəkdən istifadə etməyib, kütləvi tədbirlərə qatılıb, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, Braziliya COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

© xezerxeber.az

FOTOQALERIYA






117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR