Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

07.07.2020 16:14

Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib.

Yanğınlar ümumilikdə 140 min hektardan çox meşə sahəsini əhatə edir.

Ötən sutka ərzində 4,8 min hektara yaxın ərazidə yanğınlar söndürülüb. Hazırda 230-dan meşə yanğını davam edir.

Bununla əlaqədar olaraq İrkutsk vilayəti Yakutiya Respublikası, Kamçatka və Krasnoyarsk diyarlarının ərazisində tam olaraq, Buryatiya Respublikası, Amur vilayəti, Maqadan vilayəti və Çukotka muxtar mahalının bəzi rayonlarında fövqəladə vəziyyət elan edilib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR