Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ər-Riyadın iki dəfə böyüməsi layihəsinə 800 milyard dollar xərclənəcək

06.07.2020 17:34

Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyad şəhərinin sahəsinin, habelə əhalisinin iki dəfə böyüdülməsi və yaxın 10 il ərzində Yaxın Şərqin iqtisadi, sosial və mədəniyyət habına çevrilməsi layihəsinə başlayıb.

Bu məqsədlə 800 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Bu iddialı layihənin detallarını Krallığın paytaxt şəhəri üzrə Komissiyasının sədri Fəhd Əl Rəşid Səudiyyə Ərəbistanının sədrlik etdiyi G20 qrupu ölkələrinin urbanizasiya strategiyası üzrə sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, Ər-Riyad artıq ölkənin ən mühüm iqtisadi mərkəzidir və 2030-cu ilədək həyata keçiriləcək strateji planın aparıcı şəhəridir. Yaxın gələcəkdə paytaxtda əhalinin sayının 15 milyon nəfərə çatacağını da diqqətə çatdıran komissiya sədri əlavə edib ki, artıq Ər-Riyadda 18 meqalayihəyə başlanılıb. Onların ümumi dəyəri 1 trilyon dollara yaxındır. Krallığın hökuməti qarşıdakı 10 il ərzində əhalinin sayını iki dəfə artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasını da planlaşdırır.

© xezerxeber.az


342 dəfə oxunub

ÇOX OXUNANLAR