Bağdad raket zərbəsinə məruz qalıb

05.07.2020 13:14

Ötən gecə İraqın paytaxtı Bağdadın "Yaşıl vadi” adlanan bölgəsi raket atəşinə tutulub.

İraq mətbuatı xəbər verir ki, raket zərbəsi nəticəsində insan tələfatı olmasa da bölgədəki bəzi diplomatik nümayəndəliklərin binalarında dağıntılar əmələ gəlib.

Maraqlı məqam ondan ibarətdir ki, Bağdad şəhərinin bu hissəsi yanvar ayından başlayaraq bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Bunu nəzərə alan ABŞ hərbçiləri xarici ölkə səfirliklərinin yerləşdiyi "Yaşıl vadi” adlanan ərazini mühafizə etmək üçün "Patriot” hava hücumundan müdafiə sistemi quraşdırmışdılar. Lakin "Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib.

Təlimata əsasən raket müdafiə olunan ərazinin üzərində olan zaman radarlar onun hərəkət trayektoriyasını müəyyən edib mərkəzə məlumat ötürməli, mərkəz isə qarşılıqlı atəş ilə raketi havada zərərsizləşdirməli və yerə düşməsinə imkan verməməlidir. Lakin ötən gecə bu mexanizm işə düşməyib.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR