Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020 11:53

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3569

nəfər karantində saxlanılır, 99 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 828 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR