Bu şəxs Fransanın yeni baş naziri oldu

03.07.2020 15:45

Jan Kasteks Fransa hökumətinin yeni başçısı təyin edilib.

Bu barədə "Frans-Press” Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kasteksin təyin edilməsi barədə qərar Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib.

Jan Kasteks bu təyinatadək Fransa Prezident Administrasiyası rəhbərinin müavini işləyib.

Qeyd edək ki, bundan əvvəl Eduar Filipp Fransanın baş naziri vəzifəsindən istefa vermişdi.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR