3 ölkədə minlərlə insan bu səbəbdən öldü - DƏHŞƏTLİ RƏQƏMLƏR

03.07.2020 13:55

Koronavirus pandemiyasının tüğyan etdiyi 3 ölkədə ölənlərin sayı sıngimir.

Son sutka ərzində Braziliyada 1252, Meksikada 679, Hindistanda 391 nəfər dünyasını dəyişib.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 48 min 105 nəfər artaraq 496 min 858-ə çatıb. Ölənlərin sayı isə ümumilikdə 61 min 884 olub.

Təkcə 46 milyon əhalinin yaşadığı ölkənin ən böyük ticarət şəhəri olan Sao Pauloda 302 min 179 nəfər virusa yoluxub, 15 min 351 nəfər ölüb.

Əhalisi 211 milyonu keçən Braziliya Latın Amerikasında pnademiyanın episentri adlandırılır.

Braziliya Coğrafiya və Statistika İnstitutu may ayında 4,2 milyon nəfərin dad və iybilmə qabiliyyətini itirdiyini, öskürək və qızdırmadan əziyyət çəkdiyini təsbit edib.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə isə ölkədə virusdan dünyasını dəyişənlərin sayı 29 min 189-a çatıb. Bu günədək 238 min 551 meksikalı koronavirusa yoluxub.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 18 min 225 nəfər COVİD-19 səbəbilə ölüb. Son sutkada 22 min 527 nəfərin yoluxması ilə bu say 627 min 168-ə qalxıb./Publika.az

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR