Rusiya MSK: Referendumun nəticələri iyulun 3-də elan olunacaq

02.07.2020 16:53

Rusiya Konstitusiyasına düzəlişlərə dair səsvermə baş tutub və Mərkəzi Seçki Komissiyasında (MSK) mövcud nəticələrə təsir edə biləcək heç bir fakt yoxdur.

Bu sözləri Rusiya MSK-nın sədri Ella Pamfilova söyləyib.

O deyib ki, səsvermənin son nəticələri iyulun 3-də elan olunacaq. Səsvermə hüququ olan vətəndaşların 1 milyondan çoxu onlayın səs verib, iyulun 1-də isə 58 milyondan çox rusiyalı seçki məntəqlərinə gəlib. O xatırladıb ki, səsvermə zamanı 526 mindən çox müşahidəçi Rusiyanın bütün regionlarında seçkilərə nəzarət edib.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kremldə səsvermənin uğurlu nəticələrini xalqın Prezidenti Vladimir Putinə etimadı kimi qiymətləndirirlər. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklər Rusiyanın daha yaxşı gələcəyi üçün zəmin yaradır.

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR