CAR-da neft emalı zavodunda partlayış olub, ölənlər var

02.07.2020 15:01

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində neft emalı zavodunda partlayış baş verib.

XəzərXəbər  Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub. Daha bir neçə nəfərin yaralandığı deyilir.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğının qarşısı qısa müddətdə alınıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR