Venesuela “bir həftədən bir” iş rejiminə keçir

06.06.2020 20:41

Venesuela hökuməti koronavirus üzrə karantin qaydalarını dəyişib. Yeni qaydalara əsasən, 7 günlük iş həftəsi hər kəs üçün həftəlik fasilələrlə əvəz olunacaq.

Venesuela hökuməti koronavirus üzrə karantin qaydalarını dəyişib. Yeni qaydalara əsasən, 7 günlük iş həftəsi hər kəs üçün həftəlik fasilələrlə əvəz olunacaq.

Xarici media xəbər verir ki, daha əvvəl rəsmi Karakas sanitar məhdudiyyətlərinin daha ciddi formulunu - 5+10-nu tətbiq edirdi. Vətəndaşlar 10 gün istirahət edir, 5 gün işləyirdilər.

"Yumşalmanın birinci həftəsi çox yaxşı keçdi, vətəndaşlar düşüncə və vicdan nümunəsi göstərdilər. İndi biz sanitariya tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsi şərtilə 7+7 - yeddi günlük karantindən sonra yeddi gün iş - formuluna keçirik", - deyə Venesuela Prezidenti Nikolas Maduro "Twitter"dəki mikrobloqunda yazıb.

7 + 7 metodu virusun yayılmasına həssas olan sərhədyanı rayonlarda tətbiq edilməyəcək.

Hökumətin COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri iqtisadiyyatın 10 əsas sektorundan olan şirkətlərin işləməsinə imkan verir, baxmayaraq ki, Vitse-prezident Delsi Rodrigez önümüzdəki həftə hazırda işləməsinə qadağa qoyulmuş sənaye sahələrinin müraciətlərini nəzərdən keçirməyi vəd etmişdi.

Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2145 COVID-19-a yoluxma hadisəsi aşkarlanıb, 20 nəfər ağırlaşma nəticəsində dünyasını dəyişib./Sputnik Azərbaycan

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR