İranlı nazir ABŞ rəsmisi ilə görüşdüyünü etiraf edib

05.06.2020 17:07

İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif ABŞ-ın keçmiş rəsmisi ilə görüşdüyünü etiraf edib.

"Report” "Sabah”a istinadən xəbər verir ki, bunu İranın XİN sözçüsü Abbas Musəvi Tehranda çıxan "İran” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, M.Zərif bir neçə ay əvvəl Nyu-Mexiko ştatının keçmiş valisi Bill Riçardsonla görüşüb: "Onlar ABŞ-da həbsdə olan İran İslam Respublikasında həbsdə saxlanılan ABŞ vətəndaşlarının məsələlərini müzakirə ediblər".

Qeyd edək ki, 683 gün İran həbsxanasında saxlanılan ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş məsul nümayəndəsi Maykl Uayt iyunun 4-də sərbəst buraxılıb. O, 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

İyunun 3-də ABŞ-da saxlanılan Sirus Əsgəri koronavirusa yoluxduğu üçün azad edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək deyib: "Mən prezident olduqdan sonra 40-dan çox amerikalı girovu və saxlanılan başqa şəxsləri ABŞ-a qaytardıq və bunun üçün İrana təşəkkür edirik. Bu, İranla sazişin mümkünlüyünü göstərir”.

Məhəmmədcavad Zərif razılaşmanın bəzi şəxslərə deyil, ABŞ-da və onun müttəfiqi sayılan ölkələrdə həbsdə olan bütün məhbuslara şamil olunacağını bildirib.

Bill Riçardson isə sosial şəbəkədəki səhifəsində məhbusların məsələsinin Zəriflə müzakirə etdiklərini paylaşıb.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR