Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Planetimiz 6-cı kütləvi qırğının kandarındadır - Mütəxəssislərdən QORXUNC ARAŞDIRMA

03.06.2020 14:33

Dünyada 6-cı kütləvi qırğın gözləniləndən daha sürətli baş verə bilər.

Bununla bağlı Meksika Milli Muxtar Universitetinin elm adamları araşdırma aparıb.

Ekologiya professoru Gerardo Seballos Qonzalesin rəhbərlik etdiyi araşdırma nəticəsində 2001-2014-cü illərdə 173 canlı növünün nəslinin tükəndiyi, bunun ehtimal olunan rəqəmlərdən 25 qat çox olduğu məlum olub.

Professor bildirib ki, son 100 ildə 400-dən çox onurğalı növü yox olub. Halbuki bu yoxolma prosesi 10 min il ərzində olmalıdır. Bu nəticəyə səbəb kimi isə təbiətə antropogen təsir göstərilir.

Mütəxəssislər koronavirus pandemiyasını Çində vəhşi heyvan ticarəti və istehlakı ilə əlaqələndirirlər. Bildirilir ki, hökumət tərəfindən vəhşi heyvanların ticarətinə qadağa qoyulması kütləvi qırğınların və nəsil tükənmələrinin qarşısını ala bilər.

Araşdırma məqaləsi "Proceedings of the National Academy of Sciences” (PNAS) dərgisində nəşr olunub.

Qeyd edək ki, dünya tarixində hər biri heyvan, bitki və mikroorqanizm növlərinin 70-95%-ni məhv edən 5 kütləvi qırğın meydana gəlib. Ən yaxın keçmişdəki yoxolma hadisəsi 66 milyon il əvvəl dinozavrların nəslinin tükənməsi ilə nəticələnib. Bu qırğınlara asteroid toqquşması və böyük vulkan partlayışları kimi təbii fəlakətlər səbəb olub./publika.az

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

02.07.2020 08:57

Şamaxıda zəlzələ oldu

ÇOX OXUNANLAR