Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

DÜNYA ŞOKDA: COVİD-19-a görə polis 15 nəfəri güllələdi

03.06.2020 12:29

Hüquq mühafizə orqanları COVİD-19 səbəbindən küçəyə çıxmamaq qadağasına əməl etməyən 15 mülki şəxsi öldürüb.

Hadisə Kenyada baş verib.

Daxili İşlər naziri Anne Makori 15 mülki şəxsin polis tərəfindən güllələnməsini təsdiq edib.

Ölkədə 31 mülki insanın polis işgəncəsinə məruz qaldığını qeyd edən Makori əlavə edib ki, mart ayından bu yana polisə qarşı 81 şikayət qeydə alınıb.

Nazir əlavə edib ki, hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb.

Qeyd edək ki, Kenyada virusla əlaqədar olaraq axşam saat 19:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmaq qadağandır.

Kenyada indiyə qədər 2100 nəfərdə COVİD-19 müəyyən edilib, 71 nəfər isə virusdan vəfat edib./Teleqraf.com

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR