Qazaxıstanda 7 jurnalist koronavirusa yoluxub

02.06.2020 17:29

Qazaxıstanda pandemiya dövründə ümumilikdə 7 media nümayəndəsi koronavirusa yoluxub. Ölkənin dövlət baş sanitar həkimi Ayjan Yesmaqambetova bildirib ki, COVID-19-a yoluxan 7 media nümayəndəsindən üçü sağalıb, qalan dörd nəfər müalicə alır.

Ölkədə mövcud epidemioloji vəziyyətdən məlumat verən baş sanitar həkim ümumilikdə pandemiya dövründə koronavirus infeksiyasına 11 571 nəfərin yoluxduğunu, 41 xəstənin öldüyünü deyib.

Yeni növ koronavirusdan sağalanların sayı isə 5.757 nəfərə çatıb.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR