Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

01.06.2020 20:07

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. İki dövlət başçısı danışıq zamanı koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilib.

Qeyd edilir ki, Putin Trampla söhbətində strateji sabitlik sahəsində dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, OPEK+ sazişi neftə tələbatın tədricən bərpa olunmasına və qiymətlərin sabitləşməsinə səbəb olur.

D.Tramp isə öz növbəsində V.Putinə "G7” sammitini Rusiya, Avstraliya, Hindistan və Koreya Respublikası rəhbərlərinin iştirakı əsasında keçirmək fikrində olmasından damışıb. Liderlər kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı mövqedən çıxış etdiklərini bir daha nümayiş etdiriblər.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR