Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb

31.05.2020 17:42

Xorvatiya Avropa İttifaqına üzv olan 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb.

Bu ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, Çexiya, Macarıstan, Avstriya, Estoniya, Latviya, Litva, Polşa, Sloveniya, Almaniya və Slovakiyadan gələn vətəndaşlar maneəsiz Xorvatiyaya daxil ola bilərlər. Ölkə sərhədlərində tıxacların yaranmaması üçün xüsusi elektron qeydiyyat sistemi yaradılıb.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR