Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyədə məhdudiyyətlər yumşaldılır

29.05.2020 10:12

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.

Xezerxeber.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.

Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya "çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR